Məhkəmə qərarları › İş №8(012)-97/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-97/2022

25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-97/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkar Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2096/2021 saylı, 16.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 20000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi 16.09.2021-ci il tarixdə Abşeron Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Həmçinin tərəflərindən aparılmış icra hərəkətləri nəticəsində iş üzrə Borclu əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilməsi mümkün olan hər hansı bir əmlak və yaxud pul vəsaiti müəyyən edilməmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər könüllü icra müddəti ərzində də üzrsüz səbəbdən icra vərəqəsi üzrə göstərilən borc məbləğindən tələbkara heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə tələb təmin olunmadığı üçün Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2096/2021 saylı, 16.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 20000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi qərara alınmışdır. Lakin borclu öz phdıliklərini icra etməmişdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, məhkəməyə ərizə ilə müraciət etmişdir. Kamil adlı şəxsin ona borcu vardır. O, məhkəməyə nəyə görə çağırıldığını bilməmişdir. Onun ölkədən çıxmaq niyyəti yoxdur. Odur ki, o, ölkədən çıxışına qadağa qoyulmasına etiraz edir. Qeyd edilənlərə əsasən, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və borclunu dinləyib, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1965-ci il təvəllüdlü Qubadlı rayonu, Saldaş kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2096/2021 saylı, 16.06.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün xx.xx.1965-ci il təvəllüdlü Qubadlı rayonu, Saldaş kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar