Məhkəmə qərarları › İş №8(012)-98/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-98/2022

25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-98/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 24.01.2022-ci il tarixli qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(012)-1498/2016 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 450000 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın əvəzi və döviət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 5 manat məbləğində olan hissəsi tutularaq, X6 ödənilməsi qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 24.01.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(012)-1498/2016 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. X2 həmin qərardan şikayət verərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun "İcra sənədinin qaytarılması haqqında" 24.01.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icrasının davam etdirilməsi üçün Nərmanov rayon İcra şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(012)- 1498/2016 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 450000 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın əvəzi və döviət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 5 manat məbləğində olan hissəsi tutularaq, ona ödənilməlidir. İcra sənədi Nərimanov rayon İcra şöbəsinin icraatında 5 ilə yaxın müddətdə olsa da, indiyədək icra sənədinin icrası, hətta qismən icrası təmin edilməmişdir. Bununla belə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov özünün 24.01.2022-ci il tarixli qərarı ilə icra sənədinin Abşeron Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, icra məmurunun icra sənədinin qaytarılması barədə qərarı əsassız və qanunsuzdur. Belə ki, icra məmurunun 24.01.2022-ci il tarixli qərarından görünür ki, icra məmuru icra sənədini "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsaslanaraq, geri qaytarmışdır. Bu hal deməyə əsas verir ki, icra sənədinin qaytarılması üçün hər hansı digər əsas mövcud deyildir. Digər tərəfdən sözügedən maddəyə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə qaytarılır. Göründüyü kimi maddi hüquq normasında qanunverici icra sənədinin qaytarılması üçün konkret əsaslar müəyyən etmişdir. Bunlar aşağıdakılardır: a) borcluda tələbin yönəldilə biləcəyi əmlak olmadıqda, b) borcluda tələbin yönəldilə biləcəyi gəlirlər olmadıqda, c) icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin məzmunu ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldiimiş oian məhkəmə qətnaməsi yalnız yuxarıda göstərilən halların birlikdə mövcud olduğu təqdirdə icra sənədi məhkəməyə geri qaytarıla bilər, əks halda icra məmurunun hərəkəti və bu barədə qəbul etdiyi qərar qanunsuzdur. Sözügedən qərardan görünür ki, icra məmuru borclu "xxxx" MMC-nin daşınar və daşınmaz əmlaklarının mövcud olub-olmaması barədə sorğunu verdiyini qeyd etsə də, həmin sorğunun məhz hansı dövlət orqanların verilməsi və həmin dövlət orqanlardan alınmış hansı tarixli və nömrəli cavab məktubuna əsasən müəyyən etdiyini göstərməmişdir. Borclu "xxxx" MMC-nin adına mexaniki nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı göstərilməlidir ki, sözügedən qərardan göründüyü kimi icra məmuru bu barədə yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə soğru vermişdir. Halbuki, 'Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 22.11.1998-ci il tarixli, 24 saylı fərmanının məzmunundan görünür ki, mexaniki nəqliyyat vasitələri digər dövlət orqanları ilə yanaşı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeydiyyata alınmalıdır. Sözügedən qərarın məzmunundan görünür ki, bununla bağlı DİN və FHN hər hansı sorğu verilməmişdir. İcra məmurunun 24.01.2022-ci il tarixli qərarından həmçinin görünür ki, icra məmuru Bakı şəhər İcra Hakimiyyətinə 18.07.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən Bakı şəhəri inzibati ərazisində tikinti işlərinin aparılıb-aparılmaması barədə sorğu göndərilmiş, sorğuya Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən 09.10.2017-ci il tarixli məktubla belə MMC tərəfindən heç bir sənədləşdirilmə işinin aparılmadığı bildirilmişdir. Lakin icra məmuru eyni tip sorğu ilə Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etməmiş, icra sənədi üzrə borclu "xxxx" MMC-nin respublika üzrə hər hansı tikinti işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsi istiqamətində tədbirlər görməmişdir. Bundan başqa sözügedən qərardan görünür ki, icra məmuru borclunun əmlakının real axtarışından daha çox, onun qanuni təmsilçilərinin kimliyinin müəyyən edilməsi ilə məşğul olmuş, amma bu istiqamətdə də tam uğur əldə edə bilməmişdir. Belə ki, beş ilə yaxın keçən müddət ərzində icra məmuru yalnız bir dəfə borclunun qanuni təmsilçinin inzibati qaydada cərimə edilməsi üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Digər tərəfdən 24.01.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, icra məmuru ən son qanuni təmsilçi kimi X3 məsuliyyət cəlb edilməsi üçün onun qeydiyyat yerinin müəyyən edilməsi məqsədilə Miqrasiya Xidmətinə sorğu göndərmişdir. Həmin sorğulara hər dəfəsində belə bir şəxsin Miqrasiya Xidmətinə müraciət etməməsi barədə cavab verilmişdir. Bununla belə Dövlət Vergi Xidmətinin elektron saytında "Kommersiya hüquqi şəxsləri" bölməsinə daxil olub borclu "xxxx" MMC barədə sorğulama aparan zaman məlum olur ki, sözügedən MMC özünün fəaliyyət formasını dəyişərək Mənzil Tikinti Kooperativnə çevrilmişdir, qanuni təmsilçisi də X4r. Eyni zamanda qeyd edilməlidir ki, fəaliyyət formasını dəyişməsinə baxmayaraq borclu özünün hüquqi ünvanını dəyişməmişdir. Vergi qanunvericiliyinin tələbinə əsasən hüquqi şəxs özünün hüquqi ünvanını dəyişdikdə bu barədə vergi orqanına mütləq şəkildə məlumat verməlidir, əks halda qanunvericiliyin tələbinə əsasən cərimələnəcəkdir. İcra məmurunun 24.01.2022-ci il tarixli qərarından görünür ki, icra məmuru borclunun hüquqi ünvanında olmuş və hüquqi şəxsin orada fəaliyyət göstərməməsinə dair 01.10.2018-ci il tarixli akt tərtib etmişdir. Lakin görünən odur ki, sözügedən aktın bir surəti vergi orqanına təqdim edilməmiş, nəticədə hüquqi şəxs öz fəaliyyətini davam etdirərək, gəlirlərini gizlətməyə davam etmişdir. Bundan başqa, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Bildirir ki, icra məmuru tərəfindən belə bir aktın tərtib edilibedilməməsindən xəbəri yoxdur, belə ki, qanunun tələbinə əsasən ona tələbkar olaraq, belə bir aktın tərtib edilməsi barədə məlumat verilməmişdir. Sadalananlardan göründüyü kimi icra məmurunun hərəkətlərində və qəbul etdiyi 24.01.2022-ci il tarixli qərarda "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələbinlərinə zidd hallar mövcuddur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq Nərimanov rayon İcra və probasiya şöbəsindən və "xxxx" MMC-dən nümayəndə məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə həmin qurumların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayəti təmin edilməlidir. Belə ki, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 24.01.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(012)-1498/2016 saylı icra sənədi icra edilmədən geri qaytarılması qərara alınmışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, şikayət araşdırılarkən müəyyən edilir ki, tələbkarın icra məmuru tərəfindən belə bir aktın tərtib edilib-edilməməsindən xəbəri olmamış,bu barədə tələbkara məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 24.01.2022-ci il tarixli qərarı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(012)-1498/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin Qanununun 9.2-ci maddəsinə əsasən icra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 24.01.2022-ci il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(012)-1498/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar