Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-100/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun borclunun əmlakının üzərindən həbsin götürülməsi barədə təqdimatına 26 dekabr 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu borclunun əmlakının üzərindən həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət edərək Ağdam rayon məhkəməsinin 2(013)-1689/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədi ilə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 190 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X1 xeyirinə ödənilməlidir. Ağdam rayon məhkəməsi tərəfindən verilmiş 8(013)-58/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən borclu X2 mülkiyyətində olan “MERCEDES BENZ VİTO” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülmasi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Ağdam rayon İcra və probasiya şöbəsinin icraatında olan Bərdə rayon məhkəməsinin 2(021)-1552/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi ilə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 190 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X1 xeyirinə ödənilməsi göstərilmişdir. Könüllü icra müddəti ərzində borclu tələbi təmin etməmiş və məcburi icra tədbirlərinə başlanılmışdır İcra tədbirləri nəticəsinə "Elektron İcra" sistemindən edilən çıxarışa əsasən iş üzrə Borclu mülkiyyətində olan “MERCEDES BENZ VİTO” yük markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomaşın olduğu müəyyən olunmuş və Ağdam rayon məhkəməsi tərəfindən verilmiş 8(013)-58/2023 saylı xx.xx.2024-cü il qərardadına əsasən borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra məhkəmə qətnaməsi üzrə xx.xx.2024-cü il tarixə qədər olan aliment borcu tam şəkildə ödənildiyi üçün Borclu məxsus olan “MERCEDES BENZ VİTO” yük markalı, **-DZ- *** dövlət nömrə nişanlı avtomabilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan Bərdə rayon məhkəməsinin 2(021)-1552/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi ilə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 190 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X1 xeyirinə ödənilməsi qərara alınmışdır. İşdə olan Ağdam rayon məhkəməsi tərəfindən verilmiş 8(013)-58/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iş üzrə Borclu mülkiyyətində olan “MERCEDES BENZ VİTO” yük markalı, **-DZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini üzərinə həbs qoyulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Ağdam rayon məhkəməsi tərəfindən verilmiş 8(013)- 58/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasaən iş üzrə Borclu mülkiyyətində olan “MERCEDES BENZ VİTO” yük markalı, **-DZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini üzərindən həbs götürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdam rayon məhkəməsinin 8(013)-58/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasaən iş üzrə Borclu mülkiyyətində olan “MERCEDES BENZ VİTO” yük markalı, **-DZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərindən həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-100/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-100/2024
26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver