Məhkəmə qərarları › İş №8(013)-102/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-102/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-102/2025 05.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarından borclu X5 tərəfindən verilmiş şikayətə Ağdam Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Ağdam Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tərəfindən 2(013)-316/2025 saylı, xx.xx.2025 tarixli Qətnamə qət edilmişdir. Qətnamə çıxarıldığı gündən dəfələrlə hakim köməkçisindən (Elman) Qətnamənin e-məhkəmə elektron sisteminə yerləşdirilməsini istəsəm də, sözügedən qətnamə yalnız 15 aprel 2025-ci il tarixdə həmin sistemə yerləşdirilmişdir. Qətnamə sistemə 15 aprel 2025-ci il tarixdə yerləşdirilibsə, Apellyasiya şikayəti vermək üçün zəruri müddət keçməmiş sayılır və bu halda da qətnamə icraya yönləndirilə bilməz.Buna görə də, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarı qanunun tələblərinə cavab vermir və ləğv edilməlidir. İddiaçı X5 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsi barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımdan şərh edilməsinə dair» 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət nəzarət etmək funksiyasından irəli gəlir. Qeyd edilən normanın şərhinə əsasən hesab edirik ki, mübahisə edilən hərəkəti (qərarı) icra sənədinin icrası ilə bağlı olmuş, ona görədə sözügedən hərəkətin qanuniliyini icra sənədi vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarında olan Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarının surətindən görünür ki, borclu X2 7500 avro pul vəsaiti qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, hüquqi yardıma görə 400 manat, 55 manat mediasiya xərci və dövlət rüsumu qismində ödənilmiş 80.50 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Göründüyü kimi iş materiallarından icra məmurunun «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarının bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edilmir. Beləliklə, mövcud qanunvericliyin tələbinə görə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «İcraata başlamaq haqqında» 05 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar