Məhkəmə qərarları › İş №8(013)-105/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-105/2025

23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-105/2025 23.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun iştirakı ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Qarayevin borclunun məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Qarayev borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsi tərəfindən verilmiş 2(013)-2469/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2293 manat pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu tələbin könüllü icrası üçün bildiriş və xəbərdarlıqlar göndərilmiş, şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin borclu icra şöbəsinə gəlməkdən yayınır, icra sənədini icra etmir. Odur ki, Borclu İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair məsələyə baxılmasını xahiş edir. Məhkəmə iclasında icra məmuru N.Qarayev təqdimatın təmin edilməsini xahiş etdi, göstərdi ki, dəfələrlə borclu xəbərdarlıq edilmiş, lakin çağırışa gəlməmişdir. Bu il ümumiyyətlə borclu çağırışlara bir dəfə də olsun gəlməmişdir. Borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata baxılmasını mümkün bilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Borclu məcburi qaydada İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının həyata keçirilməsi məqsədilə Borclu məcburi qaydada İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx xxxxx 1986-cı il tarixdə Ağdam Rayonunun Əfətli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Ağdam Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar