Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-106/2025 26.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun təqdimatına 26 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayev təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayev təqdimatda göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 712/2024-009 saylı icra sənədinə əsasən xx.xx.2024-cü ildən başlayaraq Borclu 2 uşağın saxlanması üçün hər ay cəmi 320 manat alınaraq X1 verilməlidir. İcra sənədləri Ağdam Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək Borclu göndərilmişdir. Borclu borc məbləğini hazırki vaxta qədər tam şəkildə ödəmədiyini, verilmiş sorğulara əsasən borclunun hər hansı bir əmlakının olmadığını, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığını qeyd etməklə təqdimatın təmin olunmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevə, Borclua, tələbkar S.Ş.Mustafayevaya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materallarını nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-712/2024- 009 saylı icra sənədinə əsasən xx.xx.2024-cü ildən başlayaraq Borclu 2 uşağın saxlanması üçün hər ay cəmi 320 manat alınaraq X1 verilməsi barədə icra vərəqələrini Borclu üzrsüz səbəbdən icra etmədiyindən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən təmin olunmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-202-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat əsaslı olduğundan təmin edilsin. xx.xx.1991-ci ildə Ağdam şəhərində anadan olmuş, hazırda Ağdam şəhərində qeydiyyatda olan və Ağdam rayonunun Xındırıstan kəndində yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-106/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-106/2025
26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver