Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-118/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, borclu X3 və Tələbkar iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1972/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X3 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1972/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsinin ayda 200 (iki yüz) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 izahatında göstərdi ki, Ağdam rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsinə əsasən ondan ümumilikdə 13640 manat pulun tutularaq Tələbkar Rasim qızına verilməsi qət edilmişdir. Həmin icra işi hazırda Ağdam rayonu İcra şöbəsinin icraatındadır. Borcu tam həcmdə birdəfəyə ödəmək iqtidarında olmadığını, heç bir yerdə işləmədiyini, həyat yoldaşının vəfat etdiyini, ailəsində ona maddi kömək göstərə biləcək bir kəsi olmadığını, ailəsini çox çətinliklə saxladığını bildirdi.Ona görə də borc məbləğini ayda 200 manat olmaqla hissə-hissə ödəyə biləcəyini, bu barədə tələbkar tərəf ilə də aralarında razılığa gəldiklərini bildirərək, Ağdam rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsinin ayda 200 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmədə Tələbkar izahatında göstərdi ki, Ağdam rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsinə əsasən X2 13640 manat pulun tutularaq ona verilməsi qət edilmişdir. Həmin icra işi hazırda Ağdam rayonu İcra şöbəsinin icraatındadır. X5 ilə öz aralarında qalan borc məbləğinin hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsinə razılaşmışlar. Odur ki, borc məbləğinin hissə-hissə, yəni ayda 200 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsinə heç bir etirazım yoxdur. Məhkəmə borclunu, tələbkarı və icra məmurunu dinləyib, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağdam rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 ümumilikdə 13640 manat borc alınaraq iddiaçı Tələbkar Rasim qızına verilməsi qət edilmişdir. İş materiallarından olan Tələbkar məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu X4 icra sənədi üzrə borclu olduğu pulun ayda 200 manat olmaqla hissə-hissə icra edilməsinə etiraz etmir. Azərbaycan Respublikası «İcra Haqqında» Qanunun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, X4 ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 44.2.2, 231-ci və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: Ərizəsi təmin edilsin. Ağdam rayon məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-1972/2024 saylı qətnaməsi ilə cavabdeh X2 ümumilikdə 13640 (bir min yeddi yüz qırx yeddi) manat borcun alınaraq iddiaçı Tələbkar Rasim qızına verilməsinə dair borc ayda 200 (bir yüz) manat olmaqla hissə-hissə icra edilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-118/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-118/2025
23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver