Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-125/2023 27.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Tələbkar, X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə 27 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu A.E.Cəfərov rayon məhkəməsinə ünvanladığı ərizəsində Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsinin hissə-hissə, yəni hər ay 300 manat icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu qismində məhkəmədə izahat verən A.E.Cəfərov Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsi üzrə olan 16000 manat məbləği Tələbkar birdəfəyə ödəyə bilmədiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkar qismində məhkəmədə izahat verən Tələbkar Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsinin hissə-hissə, yəni hər ay 300 manat icra edilməsinə razı olduğunu bildirmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuruna ərizəyə baxılmasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsinin surətindən görünür ki, A.E.Cəfərovdan 16000 (on altı min) manat və vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat alınaraq Tələbkar verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Tələbkar ərizəsindən görünür ki, o, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsinin hissə-hissə, yəni hər ay 300 manat icra edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.1-ci maddəsində qeyd edilmişdir ki, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində göstərilmişdir ki, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digar hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1026/2020 saylı qətnaməsi hissə-hissə, yəni hər ay 300 (üç yüz) manat icra edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-125/2023
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-125/2023
27.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver