Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-125/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Borclunun əmlakının üzərinə həbs qoyulması barədə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına 23 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadə təqdimatla məhkəməyə müraciət edərək Borclu İnqlab oğluna məxsus «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadə təqdimatı onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)- 447/2025 saylı icra sənədinə əsasən X2 və Borclu İnqlab oğlundan müştərək qaydada 24026,31 manat və 178,97 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi göstərilmişdir. Borclular tələbi könüllü icra etməmişdir. Elektron icra sistemindən edilən çıxarışa əsasən Borclu adına «Mercedes Benz E220» minik markalı **- DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər olması müəyyən edilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə, tələbkar "xxxx" ASC-nin nümayəndəsinə və Borclu məhkəmə iclasının keçirilməsinin vaxt və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar Borclu adına qeydiyyatdadır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-447/2025 saylı icra sənədinə əsasən X2 və Borclu İnqlab oğlundan müştərək qaydada 24026,31 manat və 178,97 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmurunun icraatına qəbul olunmuş, borclu müəyyən edilmiş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyəti araşdırılarkən, Borclu adına «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL- *** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyata alınması müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsində qeyd olunmuşdur ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının MPM-nin 231,1953-1954,1957- 1958-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat əsaslı olduğundan təmin edilsin. Borclu İnqlab oğlunun adına olan «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-125/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-125/2025
23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver