Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-131/2025 30.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatına 30 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadə təqdimatla məhkəməyə müraciət edərək Borclu Ağdam Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadənin təqdimatından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1026/2024 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı X4 mülkiyyətində olan qeydiyyat nömrəsi o ********** olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsindən cavabdeh X5 və 23.0 kv.m hissəsindən isə cavabdeh Borclu çıxarılması, iddiaçı X4 mülkiyyətində olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsinin üzərində yerləşən tikili cavabdeh X2 və 23.0 kv.m hissəsinin üzərində yerləşən tikili cavabdeh Borclu hesabına sökülməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X1 və Borclu müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi, cavabdehlər X1 və Borclu müştərək qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş üzrə Borclu tərəfindən rəsmi xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb olunmuş, lakin nəticəsiz qalmışdır. xx.xx.2025-ci il tarixdə borclunun məcburi gətrilməsi barədə qərar qəbul edilərək Borclu göndərilmiş və 10 gün müddətinə icra şöbəsinə gəlməyəcəyi təqdirdə barəsində borclunun məcburi gətrilməsi barədə təqdimat tərtib olunaraq məhkəməyə veriləcəyi izah olunmuşdur. İş üzrə Borclu rəsmi xəbərdarlıq olunmasına baxmayaraq o, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun çağrışı ilə gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadəyə, tələbkar İ.Y.Cəfərova və Borclu məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1026/2024 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddiaçı X4 mülkiyyətində olan qeydiyyat nömrəsi o ********** olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsindən cavabdeh X5 və 23.0 kv.m hissəsindən isə cavabdeh Borclu çıxarılması, iddiaçı X4 mülkiyyətində olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsinin üzərində yerləşən tikili cavabdeh X2 və 23.0 kv.m hissəsinin üzərində yerləşən tikili cavabdeh Borclu hesabına sökülməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X1 və Borclu müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi, cavabdehlər X1 və Borclu müştərək qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Ş.Alışzadənin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Borclu məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata məhkəmədə baxılarkən məlum olmuşdur ki, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 97.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər haqqında məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 97.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar Borclu Ağdam Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-297-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1967-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, Ağdam rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və Ağdam rayonunun Qaradağlı kəndində yaşayan Borclu məcburi qaydada Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdam Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-131/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-131/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver