Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-132/2025 25.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclunun məcburi gətirilməsi barədə təqdimatına Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi məsələsina baxılması xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-59/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, X5, X2 və X1 ümumi birgə mülkiyyətində olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 212 kvadrat metr hissəsindən Borclu özbaşına inşa etdiyi metal konstruksiyadan ibarət obyekt özünün hesabına sökülməklə çıxarılmalı, Borclu 100 (yüz) manat dövlət rüsumu tutulmalı və 95 (doxsan beş) manat pulun alınaraq X3 xeyrinə ödənilməsi göstərilmişdir. İcra sənədləri icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının həyata keçirilməsi məqsədilə Borclu məcburi qaydada Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxx 1962-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuş, Ağdam rayonu, Qaradağlı kəndində yaşayan Borclu məcburi qaydada Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Ağdam Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-132/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-132/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver