Məhkəmə qərarları › İş №8(013)-135/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-135/2025

10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-135/2025 10.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, X2 iştirakı ilə, X2 aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin qeydiyyata alındığı tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs onun xeyrinə tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla məbləğinin ölkə üzrə müəyyən olunmu minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu Maraqlı şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bu halda məhkəmə borclunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən X3 izahatında aliment məbləğinin az olmasını, həmin məbləğlə uşağın tələbatlarının ödənilməsinin çətin olduğunu, aliment məbləğinin hazırki minimumu aylıq əmək haqqına mütənasib olaraq indeksasiya olunması məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" " 20 " dekabr 2024-cü il № 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3-cü bənddə alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plemum qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi X3 ərizəsinin mahiyyəti qət edilmiş alimentin indeksasiya qaydasında artırılması ilə bağlıdır. Ərizə Ailə Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq alimentin artırılmasını və indeksasiya edilməsini özündə ehtiva edir. Ərizənin mahiyyətindən görünür ki, ərizəçi aliment məbləğinin azlığından, həmin məbləğlə uşağın tələbatlarının ödənilməsinin çətinliyindən bəhs edir, aliment məbləğinin hazırki minimumu aylıq əməkhaqqına mütənasib olaraq artırılmasını tələb edir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-62/2024 saylı qətnaməsinin surətindən görünür ki, 11 oktyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs, iddiaçı Sıxıyeva (Əliyeva) Nərmin Astan qızının xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, 2024-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi hər ay 180 manat aliment məbləği 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş həmin 345 manat minimum aylıq əmək haqqının 0,52 mislini təşkil edir. Hazırda isə 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, həmin vaxt qət edilmiş alimentin 0,52 misli 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqına mütənasib hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmiş hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə başmış məhkəmə qətnaməpin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 44.2.2, 231-ci və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-62/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulub X7 verilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla və hazırki qərardad qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Azərbyacan Respublikasında müəyyən edilmiş minium əmək haqqı məbləğinin hər ay 0,52 misli həddində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar