Məhkəmə qərarları › İş №8(013)-172/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-172/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-172/2025 21.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, X1, Maraqlı tərəf Maraqlı şəxs iştirakları ilə, X5 Ağdam Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(013)-765/2025 saylı Qətnaməsinin uşaqla ünsiyyət qaydasının yerinin dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X7 məhkəməyə ərizə təqdim edərək Ağdam Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(013)-765/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş uşaqla ünsiyyətdə olmanın icra yerinin dəyişdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə P.Mikayılzadə tərəfindən belə əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli Qətnaməsinə əsasən keçmiş əri X10 xx.xx.2024-cü il təvəllüdlü X14 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 11-00-dan saat 16-00-dək görüş verilməsi təmin olunmuşdur. Həmin qətnamə Ağdam Rayon İcra və Probasiya Şöbəsində icra edilir. Bildirir ki, uşaq 11 aylıqdır və ürək qüsurludur. Uşağın anadan ayrı qalması mümkün deyil, buna uşağın sağlamlıq vəziyyəti imkan vermir. Həmçinin icra və probasiya şöbəsində və ya uyğun olmayan ünvanda uşaqla görüşmək uşağın səhhətinə problem yaradır. Əgər uşaqla ünsiyyət onun yaşadığı ünvanda və ya nənəsinin evində müəyyən olunsa daha uyğun və uşağın ata ilə görüşməsi üçün əlverişli olar. İstəyir ki, uşaqla ünsiyyətdə olma yeri dəyişdirilərək onun yaşadığı ünvanda və ya nənəsinin evində müəyyən edilsin. Hesab edir ki, qətnamə ilə müəyyən edilmiş icra yerinin dəyişdirilməsinə dair qərardad çıxarıla bilər. Məhkəmə iclasında ərizəçi X7 ərizənin təmin edilməsini istədi. Əlavə olaraq qeyd etdi ki, rayonun Dördyol 1 Qəsəbəsində 932 saylı evdə valideynləri və 1 yaşlı uşağı ilə birlikdə yaşayır. Qəsəbədə 931 saylı evdə isə X16 1 otaqlı fərdi yaşayış evində tək yaşayır. Qətnamə ilə xx.xx.2024-cü il təvəllüdlü, 1 yaşlı qız uşağı olan Mirayın atası ilə hər həftənin şənbə günü saat 11-00-dan saat 16-00-dək, yəni 5 saat görüşü verilmişdir. Lakin uşaq azyaşlıdır, xəstədir, anadangəlmə ürəyində deşik var, müalicələri aparılır. Hər dəfə azyaşlı uşağı məhkəməyə gətirib 5 saat saxlamaq onun səhhətinə mənfi təsir göstərir. Hər dəfə görüş vaxtı uşaqla bağlı bir problem yaranır. X16 isə onlarla qonşuluqda tək yaşayır və yaşadığı evinin bütün normal şəraiti var. Keçmiş əri Maraqlı şəxs uşaqla nənənin evində 5 saat ərzində görüşməsinə heç bir etirazı yoxdur, bunun üçün bütün şərait yaradılacaq. Coşqunun onların evində uşaqla görüşünə qəti etiraz edir, bunu mümkün bilmir, çünki onunla boşanmışlar, aralarında isə sərt narazılıqlar var. Ona görə də uşağın azyaşlı və xəstə olmasını nəzərə alıb görüş yerinin dəyişdirilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı tərəf olan X17 ərizəyə etiraz etdi. Göstərdi ki, məhkəmədə uşağı ilə rahat görüşüb ünsiyyət saxlaya bilmir. Uşağı vaxtında görüşə gətirmirlər, həmçinin uşağı görüşdən tez aparırlar. İcra məmuru da onun uşaqla göstərilən saatlarda görüşməsi üçün lazımi şərait yaratmır. Pərvin Mikayılzadə və onun valideynləri uşaqla ünsiyyətinə hər vəhclə mane olmaq istəyirlər. İstəyir ki, uşağını özü ilə aparıb öz evində saxlasın, sonra isə qaytarıb təhvil versin. X9, Əfsanə adlı baldızı və qarşı tərəfin Nihat adlı qhumu onun uşağı ilə ünsiyyətinə mane olurlar. Pərvinin nənəsigildə də uşaqla görüşmək istəmir, ancaq Pərvin yaşadığı evdə uşaqla görüşmək istəyir. Pərvinin X16dan heç bir narazılığı olmasa da hesab edir ki, onun evində uşaqla ünsiyyəti mümkün olmayacaq. Məhkəmə iclasına gəlmiş ərizəçinin ata nənəsi X6 göstərdi ki, şəhid anasıdır, dövlət tərəfindən verilmiş 1 otaqlı fərdi yaşayış evində yaşayır. Evin hər bir şəraiti var, həmçinin ev uşağın yaşadığı ünvanla qonşuluqdadır. Coşqunun uşağı ilə onun evində görüşməsinə heç bir etirazı yoxdur, bunun üçün bütün şərait yaradılacaq. Məhkəmə işdə olan sənədləri araşdırıb, tərəfləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin məhkəməyə təqdim etdiyi ÖMÜRDƏN PAY ÖZƏL KLİNİKAsının 22 fevral 2025-ci il tarixli dərmanlar üçün reseptindən görünür ki, uşaq üçün müxtəlif müalicə dərmanları yazılmışdır. Bərdə Rayon Mərkəzi X2 X4 görünür ki, azyaşlı N.Davıdova ürək qüsurludur. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, ərizəçinin atası ilə uşığın görüşməsini istədiyi X16nın evi tam normal şəraitlidir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Birinci Dördyol Qəsəbəsi İƏD üzrə Nümayəndəliyinin 20 avquust 2025-ci il tarixli arayışından görünür ki, rayonun X12 yerləşən, X3 məxsus 1 otaqlı fərdi yaşayış evi var, ev bütün şəraitlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının. 2-ci bəndində qeyd olunur ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Qərarın 6-cı bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Qərarın 8-ci bəndində göstərilir ki, qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Plenum qeyd edir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. Qərarın 11-ci bəndinə görə valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı Qərarı ilə Plenumun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Dəyişikliklə Qərarın 3.1-ci bəndinə görə məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Qərarın 3.2-ci bəndinə görə bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Göründüyü kimi məhkəmənin 19 iyun 2025-ci il tarixli Qətnaməsi ilə atasının görüş verildiyi X14 xx.xx.2024-cü il təvəllüdlü olmaqla kiçik yaşlarındadır, hər həftənin şənbə günü saat 11-00dan saat 16-00-dək onun atası ilə görüşü təmin edilməsi qərara alınıb. Lakin ərizəçi həmin 5 saat müddətində uşağın təbii tələbatlarını nəzərə alaraq onun görüş yerinin dəyişdirilməsini, uşağın onun nənəsinin evində atası ilə görüşməsinin təmin edilməsini xahiş edir. Məhkəmə Miray Davıdovanın həqiqətən azyaşlı olaraq 1 yaşında olmasını, qüsurlu anadan olmasını, 5 saat ərzində məhkəmə binasında saxlanılmasının uşağın səhhəti üçün problemlər yarada biləcəyi imkanını, həmçinin 1 yaşlı uşağın 5 saat ərzində anasından ayrı saxlanılmasının məqsədə müvafiq olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilə bilər, atanın uşaqla ünsiyyəti rayonun Dördyol Qəsəbəsində yerləşən, X3 məxsus 1 otaqlı fərdi yaşayış evində təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Normanın məzmunundan göründüyü kimi qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 231, 263- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X8 atası X17 ilə hər həftənin şənbə günü saat 11-00-dan saat 16- 00-dək Ağdam Rayon X12 yerləşən, X3 məxsus 1 otaqlı fərdi yaşayış evində görüşü təmin edilsin. Qərardaddan 10 /on/ gün müddətində onu çıxarmış məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar