Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-178/2025 08.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, X2, Tələbkar iştirakları ilə, X2 - Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(013)-2801/2023 saylı Qətnaməsi üzrə verilmiş icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: X8 Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(013)-2801/2023 saylı Qətnaməsinin ayda 150 manatdan olmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. C.Cəfərov ərizəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(013)-2801/2023 saylı Qətnaməsi ilə ondan 5250 manat pulun və ödənilmiş 73 manat dövlət rüsumunun, cəmi 5323 manat pulun tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə Ağdam Rayon İcra və Probasiya Şöbəsində icra edilir. 5323 manat pulu ayda 150 manat olmaqla hissə-hissə ödəyə bilər. Əvvəl işləsə də hazırda heç bir yerdə işləmir, ona maddi köməklik göstərə biləcək bir kəsi yoxdur. Himayəsində həyat yoldaşı və övladı vardır. Onlar da heç bir yerdə işləmirlər. Ailəsini çox çətinliklə saxlayır. İşin faktiki hallarını nəzərə alaraq barəsində olan məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılması həm də tələbkarın mənafelərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq həmin qətnamənin ayda 150 manat olmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. X3 məhkəmə iclasında bir daha ərizəni müdafiə etdi. Göstərdi ki, borcu ödəmək istəyir. İndiyədək işsiz olub. Hazırda Xocavənd ərazisində işə qəbul olunub, ayda 900 manat əmək haqqı alacaq. Hər ay 150-200 manat ödəmək istəyir. Ola bilsin ki, ayda 400 manat ödəsin. Tələbkarla yaxın dost olmuşlar, o, da etiraz etmir. Tələbkar ilə ərizəyə etiraz etmədi, hər ay heç olmazsa 200 manatdan ona ödəniş olunmasını xahiş etdi. Məhkəmə borclunu və tələbkarı dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilə bilər. Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh C.Cəfərovdan 5250 manat, dövlət rüsumu ilə birlikdə 5323 manat tutularaq Tələbkar verilməlidir. Məhkəmə C.Cəfərovun hazırda işləməsi barədə göstərdiklərini, tələbkarın məsələ ilə bağlı müsbət münasibətini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməklə, ondan hər ay 200 manat pulun tutulması müəyyən edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Normanın məzmunundan göründüyü kimi qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyəti və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Qanunun həmin norması həmçinin özündə onu da ehtiva edir ki, bu zaman tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. İşin hallarından göründüyü kimi borclu C.Cəfərov qət edilmiş pulu ödəməkdən imtina etmir, hələ məhkəmələrdə və icra proseslərində borclarını etiraf etmiş, lakin həmin məbləği bir dəfəyə ödəyə bilmir, ancaq hissə-hissə olmaqla ayda 200 manat ödəyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissəhissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi həm MPM-nin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin mütləq nəzərə alınmasını da nəzərdə tutur. Məhkəmə borclu C.Cəfərovun maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, ondan ayda hissə-hissə olmaqla 200 manat tutulma aparılmaqla icra sənədinin icra edilməsinin davam etdirilməsi mümkündür, borcludan tələbkarın xeyrinə həmin qaydada məbləğlərin tutulması tələbkar tərəfin mənafelərinə də ciddi zəzər vurmaz, həmçinin tələbkar buna etiraz etmir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, ərizə göstərilən qaydada təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 231, 263- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. X1 Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(013)-2801/2023 saylı Qətnaməsi ilə Tələbkar xeyrinə tutulmalı olan 5250 /beş min iki yüz əlli/ manat məbləğ hər ayda 200 /iki yüz/ manatdan olmaqla tutulsun. Qərardaddan 10 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №8(013)-178/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-178/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver