Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-184/2025 18.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu borclunun məcburi gətirilməsi barədə təqdimatına Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1999/2025-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 may 2025-ci il tarixdən başlayaraq hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınən 0,45 misli, cəmi 0,90 misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq tələbkar X1 ödənilməsi göstərilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən böyük icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının həyata keçirilməsi məqsədilə Borclu məcburi qaydada Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxx 1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Üçoğlan kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Ağdam Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-184/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-184/2025
18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver