Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-203/2025 21.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, X1 aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin qeydiyyata alındığı tarixdən başlayaraq xx.xx.2020-ci il təvəlüdllü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Maraqlı şəxs məhkəmə qətnaməsinə əsasən tutulan alimnetin miqdarının hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada X4 və borclu Maraqlı şəxs xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına özü və ya nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bu halda məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" " 20 " dekabr 2024-cü il № 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3-cü bənddə alimentin indeksasiyasından fərqli olaraq,Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plemum qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi X2 ərizəsinin mahiyyəti qət edilmiş alimentin indeksasiya qaydasında artırılması ilə bağlıdır. Ərizə Ailə Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq alimentin artırılmasını və indeksasiya edilməsini özündə ehtiva edir. Ərizənin mahiyyətindən görünür ki, ərizəçi aliment məbləğinin azlığından, həmin məbləğlə uşağın tələbatlarının ödənilməsinin çətinliyindən bəhs edir, aliment məbləğinin hazırki minimu aylıq əməkhaqqına mütənasib olaraq artırılmasını tələb edir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-05/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəlüdllü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, 2023-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi hər ay hər uşağa görə 160 manat aliment məbləği 2023-cü il üçün ölkə üzrə müəyyən edilmiş həmin 345 manat minimum aylıq əmək haqqının 0,46 mislini təşkil edir. Hazırda isə 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, həmin vaxt qət edilmiş alimentin 0,46 misli 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqına mütənasib hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmiş hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə başmış məhkəmə qətnaməpin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 44.2.2, 231-ci və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-05/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs xx.xx.2020-ci il təvəlüdllü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulub X5 verilən verilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla və hazırki qərardad qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Azərbyacan Respublikasında müəyyən edilmiş minium əmək haqqı məbləğinin hər ay hər uşağa görə 0,46 misli həddində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-203/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-203/2025
21.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver