Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-206/2025 23.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakının üzərinə həbsin qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-2082/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan “HYUNDAİ SONATA” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2082/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 5486.18 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Ağdam rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “HYUNDAİ SONATA” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tələbkar, borclu və Ağdam rayon İcra və Probasiya şöbəsi xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilən Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu mülkiyyətində olan “HYUNDAİ SONATA” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2082/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borcun məcburi qaydada tutulmasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “HYUNDAİ SONATA” minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-206/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-206/2025
23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver