Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-225/2025 26.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Avtomobilin üzərindən həbsin götürülməsinə dair X1 ərizəsinə 26 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ş.İ.Qarayev ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-125/2025 saylı qərardadı ilə ona məxsus «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Birinci Qarabağ müharibəsi qazisi olduğunu, məcburi köçkün olduğunu, həmin avtomobilləri istifadə etməklə ağır vəziyyətdə olan ailəsinin təminatını ödədiyini, avtomobilləri texniki baxışdan keçirə bilmədiyi üçün istifadə edə bilmədiyini qeyd etməklə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-125/2025 saylı qərardadı ilə mülkiyyətində olan «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-447/2025 saylı qətnaməsinə əsasən X3 və X2 müştərək qaydada 24026,31 manat və 178,97 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi göstərilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Ağdam Rayon İcra və Probasiya şöbəsinə göndərilimişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)- 447/2025 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Sözügedən avtomobillərin üzərinə həbs qoyulmasına əsas olan icra vərəqəsi üzrə borc məbləği ödənilməmişdir və bu səbəbdən Ş.İ.Qarayevin ərizəsi təmin edilə bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsində qeyd olunmuşdur ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, böyük icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Mercedes Benz E220» minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı, «QAZ 5312» yük markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, «ODAZ 885» yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı, «ZİL 130» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və «Oka» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 ərizəsi rədd edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-225/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-225/2025
26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver