Məhkəmə qərarları › İş №8(013)-40/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-40/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-40/2025 19.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, X1 iştirakı ilə, X2 aliment məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə 19 mart 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: S.Y.Həsənova məhkəməyə ünvanladığı ərizəsində Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1244/2024 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Aidə və xx.xx.2016-cı il təvəllüdlü Tuncay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdeh alınıb ona verilməsi qət edildiyini qeyd etməklə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1244/2024 saylı qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən S.Y.Həsənova ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç biur səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə maraqlı şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” “ 20 ” dekabr 2024-cü il № 15 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Qərara əlavə edilmiş 8.4-3-cü bənddə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Plemum qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi ərizəçi S.Y.Həsənovanın ərizəsinin mahiyyəti qət edilmiş alimentin indeksasiya qaydasında artırılması ilə bağlıdır. Ərizə Ailə Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq alimentin artırılmasını və indeksasiya edilməsini özündə ehtiva edir. Ərizənin mahiyyətindən görünür ki, ərizəçi S.Y.Həsənova aliment məbləğinin azlığından, həmin məbləğlə uşağın tələbatlarının ödənilməsinin çətinliyindən bəhs edir, aliment məbləğinin hazırki minimum aylıq əməkhaqqına mütənasib olaraq artırılmasını tələb edir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-232-ci maddələrinə əsasən alimentin artırılması barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1244/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Aidə və Tuncay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat aliment tutularaq S.Y.Həsənovaya verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, 2024-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi hər ay hər uşağa görə 160 manat aliment məbləği 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş həmin 345 manat minimum aylıq əmək haqqının 0,4637 mislini təşkil edir. Hazırda isə 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, həmin vaxt qət edilmiş alimentin 0,4637 misli 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqına mütənasib hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə başmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 232, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə əsaslı olduğundan təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1244/2024 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Aidə və xx.xx.2016-cı il təvəllüdlü Tuncay adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulub X4 verilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla və xx.xx.2025-ci ildən hesablanmaqla Azərbaycan Respublikasında müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin hər ay hər uşağa görə 0,4637 misli olmaqla cəmi 0,9275 misli həddində müəyyən edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar