Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-53/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, borclu X8 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiya edilməsinə dair tələbkar X4 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməsi qət edilmiş 40220 manat məbləğin indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X4 iddia tələbi təmin edilərək, cavabdeh X7 40 000 manat borcun və 220 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 40 220 manat pulun onun xeyirinə tutulmas qət edilmişdir. Lakin 40 220 manat pulun cavabdehə verildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hazırki dövrə qədər manatın dəyər itirdiyi və tələb olunan məbləğin indeksasiya edilməsi zərurətinin yarandığı qeyd edilməklə, bu barədə qərar çıxarılması xahiş olunmuşdur. Ağdam Rayon Məhkəməsinin 8(013)-71/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərardadı ilə qeyd olunan ərizə təmin edilməmişdir. Həmin qərardadla razı olmayan X3 məhkəməyə şikayət verilmiş və həmin şikayət iş ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 8(104)-15/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 8(013)-71/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş və qeyd olunan ərizəyə yenidən hüquqi qitmət verilməsi üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada X2 və Bakı şəhəri, Suraxanı Rayon İcra Şöbəsi xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına özləri və ya nümayəndələri gəlməmişlər. X1 məhkəməyə elektron ərizə daxil olmuş və ərizədə Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməsi qət edilmiş 40220 manat məbləğin indeksasiya olunmasını təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bu halda məhkəmə qeyd olunan tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən borclu X9 izahatında X3 müqavilə əsasında 40 000 manat məbləğində pul aldığını, daha sonra maddi imkanının yaxşı olmaması səbəbindən borcunu qaytara bilmədiyini, Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə S.Hüseynovun iddia tələbinin təmin edildiyini, hazırda borcunu Suraxanı Rayon İcra və Probasiya Şöbəsi vasitəsilə hissə-hissə ödədiyini, həmin borcdan bu günə kimi tələbkara 9260 manat ödəniş etdiyini və S.Hüseynovun hazırki ərizəsinin tam əsassız olduğunu bildirdi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon İcra Şöbəsinin 10 may 2025-ci il tarixli məktubundan göstərilmişdir ki, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i 2458 saylı, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən borclu X7 40000 manat tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş,müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. Eyni zamanda Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu X7 40000 manat alınaraq tələbkar X5 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. İcra sənədi üzrə tələb tam şəkildə könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq sorğular verilmiş, və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Keçirilən icra hərəkətləri zamanı borclu X8 "xxxx" QSC- də operator vəzifəsində işləməsi və 524 manat əmək haqqı alması müəyyən edilmişdir. İcra məmuru tərəfindən tələbkar X6 ilə əlqə saxlanılmış ona "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.1-ci maddəsinin tələbləri izah edilərək, borclunun iş yeri olması səbəbindən onun əmək haqqından tələbkarın xeyrinə tutulmalar aparılması üçün bank hesabının açması bildirilsədə tələbkar X6 borclu X8 əmək haqqından onun xeyrinə aparılacaq tutulmaların onu qane etmədiyini icra sənədində qeyd olunan məbləğin tam şəkildə ona ödənilməsini tələb etmişdir. Bu səbəbədən borclunun əmək haqqından tələbkarın xeyrinə Suraxanı rayon İcra şöbəsinin depozit hesabına ödəniş olunması üçün Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən yonəlmis 8i 2458 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi "İcra Haqqında" Qanununun 24.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq X8 iş yerinə göndərilmişdir. Hal hazıradək borclunun əmək haqqından tələbkarın xeyrinə 4920 manat tutularaq Suraxanı rayon lcra şöbəsinin depozit hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə tələbkarın söbəyə təqdim etdiyi bank hesabına Suraxanı rayon İcra Şöbəsinin depozit hesabından 4920 manat köçürülmüşdür. Hal hazırda ümumilkdə tələbkarın hesabına 9260 manat ödəniş edilmişdir. Ağdam Rayon Məhkəməsinin 2-(013)-1049/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X9 barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosessi borclunun anasının vəfat etməsi səbəbindən xx.xx.2024-cü il tarixədək təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosessi zamanı borclu X9 İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Eyni zamanda icra məmuru tərəfindən borclu X8 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixdə təqdimatla müraciət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-128/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmuş və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra olunması üçün üçün xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş və icra olunması üçün Ədliyyə Nazirliyinin İcra Xidmətinə göndərilmişdir. İş materiallarında olan məhkəmnin sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məktubunda göstərilmişdir ki, istehlak qiymətləri indeksi 2025-ci ilin mart ayında 2023-cü ilin may ayına nisbətən 106.4 faiz təşkil edir. Həmçinin, həmin məktubda göstərilmişdir ki, pul vəsaitlərinin indeksasiyasının aparılması Dövlət Statistika Komitəsinin səlahiyətlərinə aid deyildir. Məhkəmə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməsi qət edilmiş 40220 manat məbləğin 220 manat hissəsi dövlət rüsumudur, qalan 40000 manat hissəsinin 9260 manat hissəsi borclu tərəfindən tələbkara ödənilmişdir. həmin icra sənədi üzrə bu günə kimi ödənilməmiş, yəni icra olunmamış məbləğ 30740 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirir. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun indeksləşdirmənin mahiyyəti və məzmunununu müəyyən edən 1-ci maddəsində qeyd edilmişdir ki, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədi ilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 3-cü maddəsinə görə indeksləşdirmə obyektləri aşağıdakı kimi müəyyən edilmişdir: müəssisələrin, idarələrin və təşkilatların işçilərinin əmək haqları, birdəfəlik müavinətlər istisna olmaqla dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək işqtidarsızlığı ilə, həmiləliklə əlaqədar verilən və başqa müavinətlər), vətəndaşların Azərbaycan Respublikasının Əmanat Bankında olan əmanətləri, Azərbaycan Respublikasının dövlə istiqrazları və digər dövlət qiymətli kağızları, Azərbaycan Respublikası Dövlət sığlorta orqanlarına verilən haqlar və aliment. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Komentariyasında da qeyd olunur ki, şərh olunan maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir. İndeksaksiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğinin indeksasiyası hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olar və həmin məbləğin dəyərini qorumaqla iddiaçının qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Belə ki, müəyyən məbləğdə pul vəsaiti bazarda istehlak qiymətlərinin artması, inflyasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar olaraq iddiaçının həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, hətta verilmiş borcun qaytarılması tələbinə dair iddianın tam təmin olunması belə iddiaçının pozulmuş hüququnu tam bərpa etmir. Belə olan halda qətnaməyə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi zərurəti yaranır. Məhkəmə qətnaməsi ilə tutulmalı olan pul məbləğinin müvafiq indeksasiyası barədə qərardad çıxarılması qanunun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, X4 ərizəsi qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi üzrə bu günə kimi icra olunmamış 30740 manat tutulmalı olan pul məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli, 479 №-li qərarı ilə təsdiq edilmiş “İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimata” uyğun indeksasiya olunmalı, yəni istehlak qiymətləri indeksi 2025-ci ilin mart ayında 2023cü ilin may ayına nisbətən 106.4 faiz təşkil etməsinə müvafiq olaraq 30740 manat tutulmalı olan pul məbləğinin indeksləşdirməsinin nəticəsi üzrə müəyyən edilən məbləğin səviyyəsi 32707.36 (30740x1.064=32707.36) manat məyyən edilməlidir. Ərizə qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 44.2.2, 231-ci və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi üzrə bu günə kimi icra olunmamış 30740 manat tutulmalı olan pul məbləğinin indeksləşdirməsinin nəticəsi üzrə müəyyən edilən məbləğin səviyyəsi 32707.36 manat məyyən edilsin. Ərizə qalan hissələrdə təmin edilməsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-53/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-53/2025
14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver