Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-63/2024 02.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, X1, Maraqlı şəxs iştirakı ilə, Avtomobilin üzərindən həbsin götürülməsinə dair X2 ərizəsinə 02 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: S.H.Əsədov ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən çıxarılmasını xahiş etmişdir. S.H.Əsədov məhkəmədə izahat verərək göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsi ilə onun iddiası rədd edilmiş, ona qarşı olan qarşılıqlı iddia təmin edilərək onunla Maraqlı şəxs arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban VDV2100371A051397, **-ES- *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X7 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək S.H.Əsədovdan alınaraq əsas sahibinə qaytarılması qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli MTT(013)- 11/2023 saylı qərardadı ilə ona məxsus 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobilin üzərinə həbs qoyulması, avtomobillə bağlı hər hansı əməliyyat aparılması qadağan edilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilərək Ağdam Ryon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 575/2023 saylı qətnaməsi qismən ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi hissədə ləğv edilərək Maraqlı şəxs qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Ona məxsus avtomobili idarə edə bilmədiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs həmin avtomobillə bağlı başqa rayon məhkəməsinin icraatında hazırda mülki iş olduğunu qeyd edərək ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsi ilə onun iddiası rədd edilmiş, ona qarşı olan qarşılıqlı iddia təmin edilərək onunla Maraqlı şəxs arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X7 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək S.H.Əsədovdan alınaraq əsas sahibinə qaytarılması qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli MTT(013)-11/2023 saylı qərardadı ilə ona məxsus 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobilin üzərinə həbs qoyulması, avtomobillə bağlı hər hansı əməliyyat aparılması qadağan edilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 591/2024 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsi qismən ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi hissədə ləğv edilərək Maraqlı şəxs qarşılıqlı iddiasının təmin edilməməsi qət edildiyindən S.H.Əsədova məxsus olan 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyula bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göründüyü kimi cavabdeh Maraqlı şəxs iddiası təmin olunmadığından S.H.Əsədova məxsus olan 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə əsaslı olduğundan təmin edilsin. X3 məxsus olan 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, Ban WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E230 minik markalı avtomobilin üzərinə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli MTT(013)-11/2023 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-63/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-63/2024
02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver