Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-66/2024 23.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Borclu əmlakının üzərindən həbsin götürülməsinə dair Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına 23 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadə təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «Mercedes Benz 180» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ş.Alışzadə təqdimatı onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 2246/2023 saylı icra sənədinə əsasən Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi göstərilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(013)-13/2024 saylı qərardadı ilə Borclu məxsus «Mercedes Benz 180» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda tələbkar ərizə ilə müraciət edərək borc məbləğinin ödənilməsi ilə bağlı borclu ilə razılığa gəldiyini bildirərək borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsini xahiş etdiyini qeyd edərək Borclu məxsus «Mercedes Benz 180» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru A.Ş.Alışzadə, Borclu və tələbkar E.İ.Əliyevaya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 2246/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(013)-13/2024 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus «Mercedes Benz 180» markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsində qeyd olunmuşdur ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Belə olan halda Borclu məxsus «Mercedes Benz 180» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus «Mercedes Benz 180» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(013)-13/2024 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-66/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-66/2024
23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver