Məhkəmə qərarları › İş №8(013)-68/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-68/2024

22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-68/2024 22.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Borclunun məcburi gətirilməsi barədə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun təqdimatına 22 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayev təqdimatla məhkəməyə müraciət edərək borclu Y.C.Atakişiyevanın Ağdam Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevin təqdimatından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1498/2024 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Borclu 5000 manat borc və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq X1 verilməsi qət edilmişdir. İş üzrə borclu Y.C.Atakişiyevaya tərəfindən rəsmi xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb olunmuş, lakin nəticəsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətrilməsi barədə qərar qəbul edilərək borclu Y.C.Atakişiyevaya göndərilmiş və 10 gün müddətinə icra şöbəsinə gəlməyəcəyi təqdirdə barəsində borclunun məcburi gətrilməsi barədə təqdimat tərtib olunaraq məhkəməyə veriləcəyi izah olunmuşdur. İş üzrə borclu Y.C.Atakişiyevaya rəsmi xəbərdarlıq olunmasına baxmayaraq o, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun çağrışı ilə gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevə, tələbkar G.Q.Əmirova və borclu Y.C.Atakişiyevaya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1498/2024 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2024-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu 5000 manat borc və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq X1 verilməsi qət edilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, borclu Y.C.Atakişiyevanın məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata məhkəmədə baxılarkən məlum olmuşdur ki, borclu Y.C.Atakişiyeva icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 97.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər haqqında məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 97.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Y.C.Atakişiyeva Ağdam Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-297-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə Ağdam rayonunun Başqərvənd kəndində anadan olmuş, Ağdam rayonunun Seyidli Ə/N-nin Sarıhacılı kəndində qeydiyyatda olan və Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Borclu məcburi qaydada Ağdam Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdam Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar