Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-92/2024 28.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə 28 noyabr 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakının üzərindən həbsin qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-418/2024-032 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan “MERCEDES BENZ E240” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsina baxılması xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-418/2024-032 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 4674.79 manat məbləğində pul vəsaiti və 66.74 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Ağdam rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron system vasistəsilə sorğular edilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "MERCEDES BENZ E240" minik markalı, "**- BM-***" dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tələbkar, borclu və Ağdam rayon İcra və Probasiya şöbəsi xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnternet portaldan çıxarışın surətindən görünür ki, "MERCEDES BENZ E240" minik markalı, "**-BM-***" dövlət qeydiyyat nişanlı avtomaşın Borclu adına qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilən Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borcluya məxsus "MERCEDES BENZ E240" minik markalı, "**-BM-***" dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-418/2024-032 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə təyin edilmiş borcun məcburi qaydada tutulmasını təmin etmək məqsədilə Borclu adına "MERCEDES BENZ E240" minik markalı, "**-BM-***" dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №8(013)-92/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-92/2024
28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver