Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-94/2024 05.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun təqdimatına 05 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayev təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayev təqdimatda göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1725/2024 saylı icra sənədi ilə Borclu 3706,5 manat məbləğində pul alınaraq X1 verilməsi qət edilmişdir. İcra sənədi Ağdam Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək Borclu göndərilmişdir. Borclu borc məbləğini hazırki vaxta qədər tam şəkildə ödəmədiyini, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığını qeyd etməklə təqdimatın təmin olunmasını xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevə, Borclu və tələbkar İ.Ə.Mamedova məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materallarını nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan və Borclu 3706,5 manat pulun alınaraq İ.Ə.Mamedova verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1725/2024 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsini Borclu üzrsüz səbəbdən icra etmədiyindən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən təmin olunmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-202-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat əsaslı olduğundan təmin edilsin. xx.xx.1986-cı ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-94/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-94/2024
05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver