Məhkəmə qərarları › İş №8(014)-104/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-104/2025

05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-104/2025 05.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 Rayon Notariat Kontorunun 8İ- 4203 nömrəli, 25 iyun 2024-cü il tarixli icra sənədinə əsasən borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızının Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X4 Rayon Notariat Kontorunun 8İ- 4203 nömrəli, 25 iyun 2024-cü il tarixli icra sənədinə əsasən borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızının Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat Kontorunun 8İ-4203 nömrəli, 25 iyun 2024-cü il tarixli icra sənədinə əsasən borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızından 25 manat və 2566.81 manat məbləğində pul vəsaiti və 0 manat, 0 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 11 iyul 2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızının icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar tərəfimdən qəbul edilərək borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızının ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin üzürlü səbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Notariat Kontorunun 8İ-4203 nömrəli, 25 iyun 2024-cü il l tarixli icra qeydinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə Ağdaş rayonu Qarağan-Şıxlar kəndi ünvanında qeydiyyatda olan Borclu (AZE********, xx.xx.2015 – Ağdaş RPŞ; FİN: xxxxxxx; d/t: xx.xx.1999) BPM**********56 (252RTL**********) nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 2566 manat 81 qəpik və borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 2591 manat 81 qəpik pul tutulmalıdır. Təqdimata əlavə edilmiş 11 iyul 2024-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 tərəfindən Ağdaş Rayon Notariat Kontorunun 8İ-4203 nömrəli, 25 iyun 2024-cü il tarixli icra sənədinə əsasən icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 11 iyul 2024-cü il tarixli, № e198397/2024-71-5-003 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən 27 yanvar 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu Həbişova (Allahverdiyeva) X2 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızının məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Notariat Kontorunun 8İ-4203 nömrəli, 25 iyun 2024-cü il tarixli icra qeydi üzrə ünvan 2i ünvanında qeydiyyatda olan borclu Həbişova (Allahverdiyeva) Şəbnəm Hamlet qızı məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar