Məhkəmə qərarları › İş №8(014)-106/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-106/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-106/2024 10.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X1 ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 rayon Məhkəməsinin e-2(014)- 284/2024-005 nömrəli, 21 fevral 2024- cü il tarixli, icra vərəqəsi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin e-2(014)-284/2024-005 nömrəli, 21 fevral 2024-cü tarixli, icra vərəqəs üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin e-2(014)- 284/2024-005 nömrəli, 21 fevral 2023-cü tarixli, icra sənədi üzrə Borclu 233 (iki yüz otuz üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan borcunun ödənilməsi ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aliment borcunu ödəməkdən boyun qaçırmışdır. “Elektron İcra İnformasiya” Sistemində Borclu məxsus VAZ-21063 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtmobil müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Borclu məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063 MİNİK” markalı avtmobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-284/2024 nömrəli, 21 fevral 2024-cü tarixli, icra vərəqəsinə əsasən cavabdeh Borclu 228 (iki yüz iyirmi səkkiz) manat əsas borc, 5 (beş) manat cərimə olmaqla, cəmi 233 (iki yüz otuz üç) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Tələbkar verilsin. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063 MİNİK” markalı avtmobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063 MİNİK” markalı avtmobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063 MİNİK” markalı avtmobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar