Məhkəmə qərarları › İş №8(014)-109/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-109/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-109/2023 17.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Göyçay rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-5232 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-5232 saylı icra sənədi ilə Borclu 5240,79 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Ağdaş rayon Notariat ofisinin icra qeydi icraya yönəldilmişdir. Hazırda Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-5232 saylı icra sənədinin icrasını təmin etmək üçün borcun hissə-hissə, hər ay 50 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni və işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ərizəçi məhkəmə icra sənədinin hissə-hissə icra olunmasına dair ərizəsində borcu hər ay 50 manat olmaqla, yəni hissəhissə şəklində ödəyəcəyini bildirmişdir. Göyçay rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-5232 saylı icra sənədinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla icra sənədinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən hüququnun pozulacağını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göyçay rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-5232 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar