Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-11/2025 17.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin rəisi X3 rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(014)-4760/2016 nömrəli icra sənədinə əsasən Borclu əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-ci tarixli, 2(014)-4760/2016 nömrəli icra sənədinə əsasən Borclu əmlakının üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2 (014)- 4760/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu 4065.20 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin Quba filialının xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan X4 markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan X4 markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlər natamam formada işə əlavə edilmişdir və əmlak üzərinə həbs qoymadan əvvəl hansı icra hərəkətlərinin edildiyini müəyyən etmək mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin rəisi Şaiq Məmmədov Borclu məxsus olan əmlak üzərinə həbs qoyulması barədə təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-11/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-11/2025
17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver