Məhkəmə qərarları › İş №8(014)-110/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-110/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-110/2022 18.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)- 1422/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədinə əsasən Borclu 26.07.2014-cü il təvəllüdlü X2 və 01.10.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər üşağa 130 manat sabit pul məbləğində aliment tutularaq Abbasova (Məmmədova) Şəbnəm Zabit qızına ödənilməlidir. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədi üzrə borclu xx.xx.1987-ci ildə ünvan 1ində anadan olmuş, Ağdaş rayonu, Ərəbşəki kəndi ünvanında qeydiyyata olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədinə əsasən Borclu 26.07.2014-cü il təvəllüdlü X2 və 01.10.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər üşağa 130 manat sabit pul məbləğində aliment tutularaq Abbasova (Məmmədova) Şəbnəm Zabit qızına ödənilməlidir. Təqdimata əlavə edilmiş 17.01.2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra qrupunun icra məmuru Taleh Kərimov tərəfindən Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 17.01.2022-ci il tarixli, № 14126/2022-71-4-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İşin materiallarında olan 07.04.2022-ci il tarixli, 4/808 saylı arayışdan görünür ki, Borclu Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədi üzrə 1560 manat aliment borcu vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun təqdimatı təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(039)-1422/2021 saylı icra sənədi üzrə borclu, xx.xx.1987-ci ildə ünvan 1ində anadan olmuş, Ağdaş rayonu, Ərəbşəki kəndi ünvanında qeydiyyata olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar