Məhkəmə qərarları › İş №8(014)-111/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-111/2024

21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-111/2024 21.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1391/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 1391/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1391/2023 saylı icra sənədinə əsasən Borclu 17000 manat pul vəsaiti və 141 manat dövlət rüsumu tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, Borclu icra hərəkətləri barədə məlumatlandırılmasına dair məktubların ona çatıdırılmasını təsdiq edən və Borclu icra sənədinin icrasından yayınmasını təsdiq edən sənədlər işin materiallarına əlavə edilməmişdir. Eyni zamanda məhkəmə iclası zamanı müəyyən edilmişdir, Borclu məhkəmənin qərarı ilə barəsində həbs q\ətimkan tədbiri seçilmiş və hazırda Şəki Pentensiar müəsisəsində həbsdə saxlanılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1391/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1391/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar