Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-121/2024 25.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Notariat Kontorunun 05 iyun 2024-cü il tarixli, 8i-3805 saylı icra qeydi üzrə borclu X1 məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Notariat Kontorunun 05 iyun 2024-cü il tarixli, 8i- 3805 saylı icra qeydi üzrə borclu X1 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Kontorunun 05 iyun 2024-cü il tarixli, 8i-3805 saylı icra qeydinə əsasən borclu X4 5065,81 manat borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən ünvan 1i ünvanında qeydiyyatda olan borclu X1 məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, işin materiallarında tələbin könüllü icrası barədə bildirişin borclu X2 çatıdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Bundan başqa icra məmuru tərəfindən 05 iyul 2024-cü il tarixdə borclunun məcburi gətrilməsi barədə qərar qəbul edilsə də, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Notariat Kontorunun 05 iyun 2024-cü il tarixli, 8i-3805 saylı icra qeydi üzrə borclu X1 məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Notariat Kontorunun 05 iyun 2024-cü il tarixli, 8i-3805 saylı icra qeydi üzrə borclu X1 məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-121/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-121/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver