Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-128/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədinə izah verilməsinə dair təqdimatına 12 may 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədinə izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasov təqdimatı onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədinə əsasən Cavabdeh iddiaçılar İddiaçı və X1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0.54 hektar torpaq sahəsindən çıxarılmalı və qanunsuz istifadə hüquqlarına xitam verilməlidir. Həmin icra vərəqəsinə əsasən Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0.54 hektar torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüquqlarına xitam verilməsi qeyd edilsə də, tələbkar həmin torpaq sahəsində yerləşən evdən çıxarılmasını tələb edir. Buna görə də Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədinə izah verilməsi barədə qərar qəbul edilməsi zərurəti yaranmışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Ağdaş rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məlumat verilmiş, lakin icra məmuru, borclu və tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə icra məmurunun, borclunun və tələbkarlar iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədindən görünür ki, Cavabdeh iddiaçılar İddiaçı və X1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0.54 hektar torpaq sahəsindən çıxarılmalı və qanunsuz istifadə hüquqlarına xitam verilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə mülki iş materiallarında olan iddiaçıların iddia ərizəsini, digər sənədləri və təqdimatı qarşılıqlı şəkildə yoxlayaraq hesab edir ki, qətnamənin izah verilməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçılar məhkəmədən cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etdiklərindən, məhkəmə də həmin tələb üzrə baxaraq yekun qərar qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qətnamə kifayət qədər aydın və başa düşən olduğundan Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədinə izah verilməsinə dair Ağdaş rayon İcra və Probasiya böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(014)-73/2023 nömrəli icra sənədinə izah verilməsinə dair Ağdaş rayon İcra və Probasiya böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №8(014)-128/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-128/2023
12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver