Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-128/2024 16.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Notariat kontorunun 8i-2162 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə borclu X1 məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş rayon Notariat kontorunun 8i- 2162 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə borclu X1 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş borclunun məcburi gətrilməsi haqqında qərarı nəzərdən keçirərək hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu X1 məcburi gətirilməsi barədə qərar qəbul edilsə də, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclu X1 məcburi gətirilməsi barədə təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-128/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-128/2024
16.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver