Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-13/2024 31.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-314/2023 saylı, 02 may 2023-cü il tarixli icra sənədinə izah edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi X8 Rayon Məhkəməsinin 2(014)-314/2023 saylı, 02 may 2023-cü il tarixli icra sənədinin izah edilməsi barədə sorğu ilə məhkəməyə müraciət etmişdir. Sorğu onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-314/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə 25 may 2001-ci ildə vəfat etmiş X1 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, 12-ci dalan, ev 29 (keçmiş ünvan 1 ünvanında miras qaimış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0,0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının iddiaçı tərəfindən qəbul olunması müəyyən olunmuşdur.Bundan sonra iş üzrə tələbkar İddiaçı ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmiş və məhkəmə qətnaməsini əsas gətirərək miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0,0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissədə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir.İzahın istənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, Məhkəməyə təqdim edilmiş sənədlərdən (iş materiallarında mövcuddur) görünür ki, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış üzrə, Ağdaş şəhəri H.Əliyev prospekti 12-ci dalan ev29 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X2, X3 və X4 adına qeydiyyata alınmışdır.Sözügedən çıxarışdan göründüyü kimi X1 payı yaşayış evi (tam), X3 və X4 payları isə torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.Yaranmış kolliziya ondan ibarətdir ki, məhkəmə qətnaməsinin nəticə hissəsində “həmin evin yerləşdiyi 0,0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə” qət edilsədə, artıq məhkəmə araşdırması gedişatında məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan məlum olmuşdur ki, X1 torpaq sahəsi üzərində payı olmamış, mərhumun yalnız yaşayış evi (tam) üzərində payı mövcud olmuşdur. Nəticə etibarı ilə hazırki vəziyyətdə mərhuma çatası 1/3 hissə üzrə torpaq sahəsi mövcud olmadığından qətnamənin icrası mümkün deyildir. Göstərilənləri nəzərə alaraq, Ağdaş Rayon Məhkəməsinin 2(014)-314/2023 saylı, 02 may 2023-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-314/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə 25 may 2001-ci ildə vəfat etmiş X1 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, 12-ci dalan, ev 29 (keçmiş ünvan 1 ünvanında miras qaimış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0,0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının iddiaçı tərəfindən qəbul olunması müəyyən olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göründüyü kimi qanunvericilikdə yalnız qanuni qüvvəsini almış və icra edilməmiş qətnamənin icrası nəzərdə tutulmuşdur. Hazırkı halda isə Ağdaş Rayon Məhkəməsinin 2(014)-314/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdır və apellyasiya məhkəməsinin icraatında baxışdadır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-314/2023 saylı, 02 may 2023-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin ərizəsi rədd olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi X6 Rayon Məhkəməsinin 2(014)-314/2023 saylı, 02 may 2023-ci il tarixli icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra, qərardaddan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-13/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-13/2024
31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver