Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-13/2025 03.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərovanın Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e-2(005)-2095/2024-018 nömrəli, 24 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e-2(005)-2095/2024-018 nömrəli, 24 sentyabr 2024-cü il icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e-2(005)-2095/2024-018 nömrəli, 24 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 07 oktyabr 2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Mürsəlov X3 icra sənədində göstərilən Ağdaş şəhəri, Qələbə küçəsi-27 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfimdən qəbul edilərək Borclu Ağdaş şəhəri, Qələbə küçəsi-27 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin üzürlü səbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e- 2(005)-2095/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 25 iyul 2019-cu il təvəllüdlü X2 və 05 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilsin. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e-2(005)-2095/2024-018 nömrəli, 24 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli, e287139/2024-71-7-002 tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova tərəfindən 07 yanvar 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə, hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərovanın Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin e-2(005)-2095/2024 nömrəli, 24 sentyabr 2024-ci il tarixli icra sənədi üzrə Ağdaş şəhəri, Qələbə küçəsi-27 ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-13/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-13/2025
03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver