Məhkəmə qərarları › İş №8(014)-131/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-131/2024

12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-131/2024 12.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katib Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Notariat Kontorunun 8İ-7710 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Notariat Kontorunun 8İ-7710 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Kontorunun 8İ-7710 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 11819.49 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar-nin səhmdar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surət bildirişlə bərarbər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki,”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarına əsasən müəyyən olunmuşdur ki , Borclu məxsus Ağdaş Rayon Orta Ləki kəndində 0.93 hektar olan **********88 reyestr nömrəli torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun torpağı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin torpağa yönəlməsi barədə məcburi icra təbdbirləri tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən icra sənədi üzrə Borclu məxsus Ağdaş rayonu, Orta Ləki kəndində 0.93 hektar olan **********88 reyster nömrəli torpaq sahəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Təqdimata əlavə edilmiş icra qeydinə əsasən Ağdaş rayon, X2i ünvanında qeydiyyatda olan cavabdeh Borclu DCLT00293520-01 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 9546.26 (doqquz min beş yüz qırx altı, manat iyirmi altı qəpik) manat pul tutulsun. Bundan başqa Borclu 2273.23 (iki min iki yüz yetmiş üç manat, iyirmi üç qəpik) manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11844.49 (on bir min səkkiz yüz qırx dörd manat, qırx doqquz qəpik) pul tutulsun. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Ağdaş rayon, Orta Ləki kəndində yerləşən 0.93 ha xüsusi mülkiyyət torpaq sahəsi Borclu mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Təqdimata əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X2 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 5-32-12/2- 202/2024 nömrəli arayışdan görünür ki, Borclu ondan ötürü ki, ona və ailəsinə məxsus olan 0.93 ha çöl pay torpaq sahəsi olmasına baxmayaraq hal-hazırda istifadə etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus olan Ağdaş rayonu, X2i ünvanında yerləşən **********88 reyestr nömrəli ümumi sahəsi 0.93 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan Ağdaş rayon, X2i ünvanında yerləşən **********88 reyestr nömrəli ümumi sahəsi 0.93 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar