Məhkəmə qərarları › İş №8(014)-135/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-135/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-135/2022 23.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-1017/2021 nömrəli, 11.03.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 20.04.2021-ci il tarixində Ağdaş Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-1017/2021 nömrəli 11.03.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 12.03.2018-ci il təvəllüdlü X2 və 27.06.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14.12.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra şöbəsinin icra məmuru Ramin Abbasov 20.04.2021-ci il tarixli qərarı ilə icraata başlanılmış və qərarın surəti icra sənədi üzrə Borclu rəsmi təqdim edilmiş, ona bildiriş verilmiş, borcunu ödəməsi barədə ona rəsmi xəbərdarlıq edilmiş, lakin Borclu borcunu ödəməmiş, borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamə könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1017/2021 nömrəli 11.03.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş və ünvan 1ində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar