Məhkəmə qərarları › İş №8(014)-139/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-139/2022

24.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-139/2022 24.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 Ağdaş Rayon Məhkəməsinin 2(014)-942/2020 saylı 09 iyul 2020-ci il tarixli qətnaməsi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına 24 may 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(014)-942/2020 saylı qətnaməsi ilə Borclu 11 iyun 2020-ci il tarixdən başlayaraq, 18 oktyabr 2009-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-942/2020 saylı 09 iyul 2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1981-cı il tarixdə anadan olmuş, Ağdaş rayonu Qülbəndə kəndində qeydiyyatda olan Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar