Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-141/2024 26.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasovun Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-21538 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-21538 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ- 21538 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan QAZ-3302-18 Yük markalı 03BH530, VAZ-21061 Minik markalı 10GG573, Lada Vesta GFL33 X73-52 Minik markalı 03BX903 dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tədbiq edilməlidir.Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutuaraq, icra sənədi Borclu məxsus olan QAZ-3302-18 Yük markalı 03BH530, VAZ-21061 Minik markalı 10GG573, Lada Vesta GFL33 X73-52 Minik markalı 03BX903 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Təqdimata əlavə edilmiş icra qeydinə əsasən Ağdaş rayon, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi-44 ünvanında qeydiyyatda olan Borclu müddət üçün vaxtında ödənilməmiş 66 manat 00 qəpik (altmış altı manat sıfır qəpik) manat tutulması nəzərdə tutulmuşdur. Bundan əlavə Borclu 39 manat 00 qəpik (otuz doqquz manat, sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat, sıfır qəpik) məbkləğində dövlət rüsumu (haqq) və poçt vasitəsilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat, sıfır qəpik) olmaqla, cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat, sıfır qəpik) pul tutulması nəzərdə tutulmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, qərarından görünür ki, İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-21538 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Borclu 135.68 manat borcu ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu tərəfindən borc tam şəkildə ödənilmişdir və icra sənədinə xitam verilmişdir. Bu səbəbdən, icra sənədi üzrə icra hərəkətlərinin aparılması və borclunun əmlakının üzərinə həbs qoyulması qanunaziddir, ona görə də təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-21538 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan QAZ-3302-18 Yük markalı 03BH530, VAZ-21061 Minik markalı 10GG573, Lada Vesta GFL33 X73-52 Minik markalı 03BX903 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-141/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-141/2024
26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver