Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-142/2024 26.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katib Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-22202 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-22202 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ- 22202 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 116 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ 2107 Minik markalı, 03BG497 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tədbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tuturaq, icra sənədi üzrə Borclu məxsu olan VAZ-2107 Minik markalı, 03BG497 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimata əlavə edilmiş icra qeydinə əsasən Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi- 22 ünvanında qeydiyyatda olan Borclu müddət üçün vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat, səksən qəpik) pul tutulsun. Bundan əlavə borcludan Borclu 19 manat 20 qəpik (on doqquz manat, iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat, sıfır qəpik) olmaqla, cəmi 116 manat 00 qəpik (yüz on altı manat, sıfır qəpik) pul tutulsun. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus olan VAZ-2107 Minik markalı, 03BG497 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan VAZ-2107 Minik markal, 03BG497 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-142/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-142/2024
26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver