Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-143/2024 02.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 rayon Məhkəməsinin 2(014)- 993/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 rayon məhkəməsinə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin 2(014)-993/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 2 (014)-993/2020 nömərli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1989-cu ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat, 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borlunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrasını tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Tələbkar məhkəməyə teleqram ünvanlayaraq, müəyyən səbəblərə görə xx.xx.2024-cü il tarixdə saat 10:40-da keçiriləcək məhkəmədə iştrak edə bilməyəcəyini, ona 2850 manat aliment borcu olan Borclu ölkədən çıxışına məhdudiyyət qoyulmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-993/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 22 iyul 2020-ci tarixdən başlayaraq 11 iyul 2011-ci ildə anadan olmuş X3 və 07 dekabr 2012-ci ildə anadan olmuş X4 18 yaşına çatana qədər onun saxlanılması üçün Maxsudova (Hümbətova) Jalə İmran qızının xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat aliment tutulsun. Təqdimata əlavə edilmiş 07 avqust 2020-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Ağdaş rayon Məhkəməsinin 2(014)-993/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 17 avqust 2020-ci il tarixli, № 117982/2020-71-6 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaq Məmmədovun təqdimatı təmin edilsin. Ağdaş rayon Məhkəməsinin 2(014)-993/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli icra sənədinə əsasən borclu, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-143/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-143/2024
02.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver