Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-144/2025 17.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(014)-3532/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurui Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-3532/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 3532/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 700 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" BOKT MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixində Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Beləliklə “Elektron İcra İnformasiya” sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ-2101 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tədbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan VAZ-2101 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3532/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən əsas kredit borcu 579 ABŞ dolları, faiz borcu 63 ABŞ dolları və cərimə borcu 58 ABŞ dolları cəmi 700 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xx xxxx 1976-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Ağdaş şəhəri, Vaqif küçəsi 133-də qeydiyyatda olan Borclu alınaraq "xxxx" MMC-yə ödənilsin. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2101” minik markalı avtmobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2101” minik markalı avtmobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2101” minik markalı avtmobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-144/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-144/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver