Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-145/2024 12.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1, Borclu Cavabdeh iştrakları ilə, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun 15 may 2024-cü il tarixli qərarının ləğvinə dair şikayətinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədinə əsasən Ağdaş rayonu, Xosrov kəndində onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cənub-qərb tərəfindən 1,70 metr və şimal-qərb tərəfindən 1,20 metrliyində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirdiyi mal-qara tövləsi və kənd suvarma arxının kənarında tikdirdiyi ayaqyolu onun öz hesabına sökülərək başqa yerə köçürülsün və cavabdehin qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmalıdır. Həmin icra sənədi üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 15 may 2024-cü il tarixli qərar qəbul etmişdir. Hazırda tələbkar X5 məhkəməyə şikayətlə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı qətnaməsi ilə Ağdaş rayonu, Xosrov kəndində xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cənub-qərb tərəfindən 1,70 metr və şimal-qərb tərəfindən 1,20 metrliyində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirdiyi mal-qara tövləsi və kənd suvarma arxının kənarında tikdirdiyi ayaqyolu onun öz hesabına sökülərək başqa yerə köçürülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 15 may 2024-cü il tarixli qərarı ilə iş icra olunmadan icraata xitam verilmişdir. Yuxanda göstərilənlərə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin 15 may 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında tələbkar X5 şikayəti müdafiə edərək bildirdi ki, qətnamə qismən icra edilmişdir. Belə ki, tikili qismən sökülsə də, tam sökülməmişdir. Məhkəmə iclasında borclu Cavabdeh izahatında şikayətdə qeyd edilənlərin əsassız olduğunu bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında şikayətdə qeyd edilənlərin əsassız olduğunu bildirərək, icra sənədinin icra edildiyini, buna görə də iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edildiyini, buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 15 may 2024-cü il tarixli qərarı ləğv edilməli, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. Belə ki, işin materiallarında olan fotoşəkillərdən görünür ki, Ağdaş rayonu, Xosrov kəndində X3 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cənub-qərb tərəfindən 1,70 metr və şimal-qərb tərəfindən 1,20 metrliyində Cavabdeh tikdirdiyi mal-qara tövləsi və kənd suvarma arxının kənarında tikdirdiyi ayaqyolu tam sökülərək başqa yerə köçürülməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədinə əsasən Ağdaş rayonu, Xosrov kəndində onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cənub-qərb tərəfindən 1,70 metr və şimal-qərb tərəfindən 1,20 metrliyində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirdiyi mal-qara tövləsi və kənd suvarma arxının kənarında tikdirdiyi ayaqyolu onun öz hesabına sökülərək başqa yerə köçürülməli və cavabdehin qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmalıdır. Həmin icra sənədi icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, bundan sonra icra sənədi qismən icra edilməklə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi haqqında 15 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Hazırda tələbkar X5 icra sənədi üzrə icraata xitam verilməsi haqqında 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Maddənin mənasından və mahiyyətindən görünür ki, icra sənədi məhkəmənin qərarı və qətnaməsi üzrə tam icra edildikdə iş üzrə icraata xitam verilə bilər. Hazırkı işin halından görünür ki, icra məmuru icra sənədi üzrə icraata xitam verərkən işi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icraata xitam verilməsinin əsaslarını və qaydasını müəyyən edən 20-ci maddəsində nəzərdə tutulan əsaslarda hazırkı işdə mövcud deyildir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icraata xitam verilməsi barədə əsassız olaraq qərar qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 15 may 2024-cü il tarixli qərarı ləğv edilsin. Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-74/2020 saylı icra sənədi icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-145/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-145/2024
12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver