Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-146/2024 09.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(013)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1932 manat məbləğində pul vəsaiti və 39.32 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirşlə bərabər Borclu icra sənədində göstərilən ünvana göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********18815 Samsung Galaxy A12 markalı telefon üçün 472.5 manat ödənilməmiş hissə, 47.5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Lenovo kompyuter üçün 1284 manat ödənilməmiş hissə, 128 manat cərimə pulu olmaqla, ümumilikdə 1932 (min doqquz yüz otuz iki) manat və 39.32 (otuz doqquz manat, otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilsin. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Ağdam Rayon Məhkəməsinin 2(013)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, 12124/2024-71-7-003 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Ramin Abbasov tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdam Rayon Məhkəməsinin 2(013)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Ağdaş rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-146/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-146/2024
09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver