Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-147/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)- 993/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1989-cu ildə anadan olmuş və Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Ağdaş Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın sürəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbi könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan Ağdaş Rayon Məhkəməsinin 2(076)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli icra vərəqəsi üzrə Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması haqqında qərardad çıxarılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən Borclu Maxsudova (Hümbətova) Jalə İmran qızına qarşı nikahın pozulması tələbi haqqında iddiasının təmin edilməsi, 11 iyul 2011-ci ildə anadan olmuş X1 anaları Maxsudova (Hümbətova) Jalə İmran qızının yanında saxlanılmaları, Borclu 22 iyul 2020-ci il tarixdən başlayaraq 11 iyul 2011-ci ildə anadan olmuş X4 və 07 dekabr 2012-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılması üçün Maxsudova (Hümbətova) Jalə İmran qızının xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200( iki yüz) manat aliment tutulması barədə qətnamə qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra şöbəsinin icra məmuru Ramin Abbasov xx.xx.2020-ci il tarixli qərarı ilə icraata başlanılmış və qərarın surəti icra sənədi üzrə Borclu rəsmi təqdim edilmiş, ona bildiriş verilmiş, borcunu ödəməsi barədə ona rəsmi xəbərdarlıq edilmiş və izahatı alınmış, lakin Borclu alimenti ödəməmiş, onun xx.xx.2022-ci il tarixə 2120 manat aliment borcu yaranmış, aliment borcunun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olubolmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamə könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 6/117982 saylı icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-147/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-147/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver