Məhkəmə qərarları › İş №8(014)-149/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-149/2022

06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-149/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1088/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş X2 və xx.xx.2009-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment tutulmalıdır. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra vərəqəsi üzrə yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmışdır. İcra işinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/134400 saylı icra işi Ağdaş Rayon Məhkəməsinin 2(076)-1088/2021 saylı 16 may 2021-ci il tarixli icra vərəqəsi üzrə Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması haqqında qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1088/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsinə əsasən Borclu 15 aprel 2021-ci il tarixdən başlayaraq 27 yanvar 2007-ci ildə anadan olmuş X2 və 13 fevral 2009-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 140 manat, cəmi 280 (iki yüz səksən) manat aliment tutulması, cavabdeh Borclu 20 (iyirmi) manat dövlət rüsumunun alınması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra vərəqəsi aidiyyatı üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra şöbəsinin icra məmuru Taleh Kərimovun xx.xx.2021-ci il tarixli qərarı ilə icraata başlanılmış və qərarın surəti icra sənədi üzrə Borclu rəsmi təqdim edilmiş, ona bildiriş verilmiş, borcunu ödəməsi barədə ona rəsmi xəbərdarlıq edilmiş və izahatı alınmış, lakin Borclu borcunu ödəməmiş, borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi üçün müxtəlif bank və idarələrə sorğular göndərilmiş, lakin Borclu adına borcun yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Borclu tərəfindən qətnamələr könüllü olaraq icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/134400 saylı icra işi üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1088/2021 saylı 16 may 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar