Məhkəmə qərarları › İş №8(014)-150/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-150/2024

13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-150/2024 13.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, X3 Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs icra məmuru Məhəmmədəli Qasımzadənin 19 iyul 2024-cü il tarixli qərarının ləğvinə dair ərizəsinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra vərəqəsinə əsasən Borclu 01 avqust 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2018-ci il tarixdə anadan olmuş X11 və 09 fevral 2019-cu il tarixdə anadan olmuş X8 18 yaşına çatana qədər saxlanılmaları üçün X5 xeyrinə hər ay uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması qət edilmişdir. X1 Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 240 (iki yüz qırx) manat alimentin alınaraq ona ödənilməli olduğunu, borclunun 30 iyun 2024-cü il tarixə ona heç bir aliment borcunun olmadığının və alimentlə bağlı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Həmin ərizə əsasında Maraqlı şəxs icra məmuru X15 Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra sənədinin qaytarılması barədə 19 iyul 2024-cü il tarixli qərar qəbul etmişdir. 06 sentyabr 2024-cü il tarixdə X6 məhkəməyə şikayət ünvanlayaraq bildirmişdir ki, ünvan 1u il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 240 (iki yüz qırx) manat aliment tutulması barədə qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra məmuru Məhəmmədəli Qasımzadə onu aldadaraq cavabdehin xaricə qaçması üçün ondan 21 iyun 2024-cü il tarixdə ərizə alaraq yazdırmışdır ki, Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 240 (iki yüz qırx) manat alimentin alınaraq ona ödənilməli olduğunu, borclunun 30 iyun 2024-cü il tarixə ona heç bir aliment borcunun olmadığını və alimentlə bağlı heç bir tələb və şikayətinin olmadığını bildirdiyi halda icra məmuru onun işinə 19 iyul 2024-cü il tarixdə xitam qərarı çıxarmışdır. Yuxarıda qeyd etdiklərindən görünür ki, Maraqlı şəxs iş icra sənədinin qaytarılması barədə qərarı əsassızdır. Həmin qərar ona bu günə kimi gəlməmişdir. O, Maraqlı şəxsnə yaxınlaşıb xitam qərarının ona gəlmədiyini bildirdikdə, icra məmuru Məhəmmədəli Qasımzadə 02 sentyabr 2024-cü il tarixli qərarın sürətini ona təqdim etmişdir. Hal-hazırda həmin qərardan şikayəti olduğunu, yuxarıda göstərilənlərə əsasən Maraqlı şəxs 19 iyul 2024-cü il tarixli icra sənədinin qaytarılması və Ağdaş rayon məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(014)-1431/2019 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra vərəqəsinə əsasən Borclu 01 avqust 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2018-ci il tarixdə anadan olmuş X11 və 09 fevral 2019-cu il tarixdə anadan olmuş X12 18 yaşına çatana qədər saxlanılmaları üçün X5 xeyrinə hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması qeyd olunmuşdur. X2 21 iyun 2024-cü il tarixdə Maraqlı şəxsnə ərizəsi ilə müraciət edərək, Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 240 (iki yüz qırx) manat alimentin alınaraq ona ödənilməli olduğunu, borclunun 30 iyun 2024-cü il tarixə ona heç bir aliment borcunun olmadığını və alimentlə bağlı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Həmin ərizə əsasında Maraqlı şəxs icra məmuru X15 Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı “icra sənədinin qaytarılması barədə” 19 iyul 2024-cü il tarixli qərar qəbul etmişdir. Hazırda X2 “İcra sənədinin qaytarılması barədə” 19 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Maddənin mənasından və mahiyyətindən görünür ki, icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarılır və həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Buna görə də məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmuru Məhəmmədəli Qasımzadənin “İcra sənədinin qaytarılması barədə” 19 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli və Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra sənədi icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs icra məmuru Məhəmmədəli Qasımzadənin “İcra sənədinin qaytarılması barədə” 19 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. Ağdaş Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(014)-1431/2019 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Maraqlı şəxsnə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar