Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-151/2023 30.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı X4 Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(014)- 1100/2022 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə 30 may 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(014)-1100/2022 saylı qətnaməsinə izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər X12 və Ağdaş rayon Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mərhum valideynlərinin, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 onlara çatası paylarına, yəni Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə o və maraqlı şəxslər olan bacıqardaşları X6, Kərimova Hicran Mayıl qızı, X2, X11, X13, X14, X15, X16 və X7 vərəsəlik hüquqlarının tanınması, miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsində paylarının ona 9/10 hissədə, X8 1/10-də hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsi 26 sentyabr 2022-ci ildə onun cavabdehlər X12 və Ağdaş rayon Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsinə dair mülki işə baxaraq iddia tələblərini qismən təmin edən qətnamə çıxarıb. Qətnaməyə əsasən X5 xx.xx.2015-ci il tarixdə, X1 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən X4 7/10 hissədə payı müəyyən edilmişdir. Həmin qətnamədə X5 xx.xx.2015-ci il tarixdə, X3 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin 7/10 hissəsinə münasibət bildirilməmişdir. Hal-hazırda ona çatan pay üzrə sənədləşmə işlərinin notarial qaydada aparılması üçün bir sıra problemlər yaranır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2(014)-1100/2022 №-li mülki iş üzrə X5 xx.xx.2015-ci il tarixdə, X1 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin 7/10 hissəsinin kimin payına müəyyə olunması barədə izah edilməsinə zərurət yaranmışdır. Ərizəyə baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(014)-1100/2022 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X5 xx.xx.2015-ci il tarixdə, X1 isə xx.xx.2018-ci il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində ölümündən sonra miras qalmış Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 1,63 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən X4 7/10 hissədə payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci naddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Göründüyü kimi iddiaçı özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslərdir. İddiaçının cavabdehin mənafeyi naminə iddia vermək səlahiyyəti olmadığından, məhkəmə yalnız iddiaçının hüquqları baxımından iddia ərizəsinə hüquqi qiymət vermişdir. Məhkəmənin qətnaməsi ilə də iddiaçının miras əmlakda payı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Buna görə də məhkəmə hesab edir ki, qətnamə kifayət qədər aydın və başa düşülən olduğundan Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(014)- 1100/2022 saylı qətnaməsinə izah verilməsinə dair X4 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(014)-1100/2022 saylı qətnaməsinə izah verilməsinə dair X4 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-151/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-151/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver