Məhkəmə qərarları › İş №8(014)-151/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-151/2024

27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-151/2024 27.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)- 1173/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X3, X1 və Borclu 186,96 manat məbləğində borc alınaraq Tələbkar QSC-yə ödənilməlidir. Ağdaş rayon Məhkəmsəinin 8(014)-871/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “FORD TRANSİT” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar QSC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Ağdaş rayon Məhkəməsinin 2(014)-1173/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “FORD TRANSİT” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “FORD TRANSİT” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan Tələbkar QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu Ağdaş rayon Məhkəməsinin 2(014)-1173/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc tam olaraq ödənilmişdir. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında verilən qərardan görünür ki, Borclu Ağdaş rayon Məhkəməsinin 2(014)- 1173/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus “FORD TRANSİT” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar